İran millisinin qapıçısı həbs olunub

10 Yanvar 2016 23:00 (UTC+04:00)

İran millisinin qapıçısı Soşa Məkani polis tərəfindən həbs olunub. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, buna səbəb qolkiperin sosial şəbəkədə örtüyü olmayan qadınlarla şəklini paylaşması olub. Onun vəkili Behman Əliməhəmmədi futbolçunun sosial şəbəkədəki hesabının haker hücumuna məruz qaldığını və şəklin də onlar tərəfindən yerləşdirildiyini iddia edib. Yanvarın 4-dən həbs edilən Məkani araşdırma müddətində həbsxanada qalacaq. Ona qarşı "cəmiyyətdə korrupsiya və əxlaqsızlıq" maddəsi ilə ittiham irəli sürülüb.