Sədaqət hormonu tapılıb

14 Noyabr 2012 17:20 (UTC+04:00)
Movqe.az xəbər verir ki, əsrlərdir sədaqət üçün fal, cadu kimi tətbiqlərdən çarə gözlənilir. Artıq bu hal dəyişəcək. Belə ki, elm adamları sədaqəti təmin edən əsl faktoru kəşf edib. "Oksitosin" adlı hormon kişilərin cazibədar qadınlara qarşı daha iradəli davranmalarını təmin edir. Sevgi hormonu olaraq da bilinən "oksitosin" hormonunun kişilərin, cazibədar qadınlardan uzaq qalmalarını təmin etdiyi ortaya çıxıb. 57 heteroseksual kişi üzərində edilən araşdırmada, burun dezdorantı ilə "oksitosin" verilən kişilərin tanımadıqları cazibədar qadınlarla aralarındakı məsafəni, "Placebo" istifadə edən  kişilərə görə 10-15 sm daha çox tutduğu görülüb. Dezdorantın digər maraqlı cəhəti də subay kişilər üstündə təsiri olmamasıdır. Hormon eyni zamanda ailə və uşaqlar arasında da inam duyğusunu artırır, cütlər arasındakı problemin qarşısını alır.