Keçmiş liderin məzarı ziyarətə bağlanılıb
14 Noyabr 2012 19:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Keçmiş Fələstin
lideri Yasər Ərafatın ölüm səbəbinin təyin olunması məqsədiylə
məzarının açılma işləri başlayıb. İşləri icra edən komissiyanın
sədri Tofiq ət-Tayravi, verdiyi qısa müsahibədə, yarılma
əməliyyatının hazırlığı çərçivəsində məzarın ətrafının
bağlanılmasına başlanıldığı söyləyib. Təhlükəsizlik qüvvələri
jurnalistlərin məzarın bağlanılması işlərini qeydə almalarına maneə
törədiblər. Nəqliyyat yolları da məzarın ətrafından alternativ
yollara istiqamətləndirilib. Ərafatın məzarının fransız və rus
mütəxəssislər tərəfindən araşdırılması gözlənilir. Fələstinli
rəsmilər, İsveçrədən bir qrupun da Ramallaha gələrək bu işlə
maraqlanacağını bildiriblər.