Rəşad Orucov: «Azərbaycanda bəzi banklar arasında konsolidasiyası ilə bağlı danışıqlar aparılır»

15 Noyabr 2012 15:00 (UTC+04:00)

Hazırda Azərbaycanda fəaliyyət göstərən bir neçə kommersiya bankı arasında aktivlərin mümkün konsolidasiyası ilə bağlı danışıqlar aparılır.

Bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov məlumat verib.

 "Bizin məlumatımıza görə, hazırda bir sıra banklarda konsolidasiya barədə danışıqlar gedir. Bu sahədə müəyyən addımların atılmasını gözləyirik. Hələlik konkret nə isə demək tezdir, lakin burada işlər aparılır və biz nəticələri gözləyir. O cümlədən, bankların məcmu kapitalın minimumuna qarşı tələblə bağlı 2014-cü ilin əvvəlinə kimi Azərbaycanın bank sektorunda ciddi dəyişikliklər gözləyirik", - deyə AMB-nin baş direktoru vurğulayıb.

 Xatırladaq ki, AMB-nin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2014-cü il yanvarın 1-dək məcmu kapitalını ən azı 50 mln. manat həddinə çatdırmalıdır.