30 Noyabr 2011 10:22 (UTC+04:00)
Hal-hazırda Azərbaycanın 10 şəhər və rayonunda gənclər üçün evlərin inşa edilməsi üçün torpaq sahələri ayrılıb. Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, yaxın günlərdə Gənclər Fondunun da açılması planlaşdırılır.

Bundan əlavə, Azad Rəhimov qeyd edib ki, hal-hazırda nazirlik tərəfindən gənclər üçün ipoteka proqramı işlənib hazırlanmaqdadır. "Növbəti ildə bu proqramın dövlət büdcəsindən böyük maliyyə dəstəyi almasını və gənclər üçün ipoteka şərtlərinin sadələşdirilməsini çox istərdik" - deyə, A.Rəhimov bildirib.