Dünyanın ən kasıb prezidenti
16 Noyabr 2012 14:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, Uruqvayın Prezidenti
Jose Mujikanın digər prezidentlərdən böyük bir fərqi var. Bütün
Prezidentlərindən olduqca fərqli bir həyat sürən Jose Mujika
dünyanın ən yoxsul Prezidenti kimi tanınır. Fermada yaşayan və
maaşının çoxunu xeyriyyə təşkilatlarına bağışlayan Mujikanın bütün
var-dövləti 2 avtomobil və yaşadığı ferma evindən ibarətdir. O, 12
min dollarlıq maaşının 90 faizini xeyriyyə təşkilatlarına
bağışlayır. Mujikanın təkcə iki polis mühafizəçisi və üç ayaqlı iti
gün ərzində çölə nəzarət edir. Bütün həyatını bu şəkildə
keçirdiyini qeyd edən Mujika, "Sahib olduğum şeylərlə rahat bir
həyat yaşaya bilirəm." sözlərini söyləyib. 2009-cu ildə
Prezident seçilən Jose Mujika, 1960 və 70-ci illərini partizan
olaraq keçirib. İndiyə qədər 6 dəfə vurulub və ömrünün 14 ilini
həbsxanada keçirib. Mujika, həbsxanada keçirdiyi illərin həyata
olan baxışını dəyişməsinə kömək olduğunu söyləyir. "Bahalı həyat
seçən insanlar yoxsulluq çəkər." ifadələrini söyləyən Uruguay
Prezidentinin bank hesabı və borcu yoxdur.