O da təhlükəsizlik problemi yaşayıb
16 Noyabr 2012 16:24 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Amerika Aviasiya
və Kosmos Dairəsi" (NASA), bu həftə işçilərinə bir notbuk
kompüterinin oğurlandığını və bu kompüterdə minlərlə çalışana aid
ictimai təhlükəsizlik nömrəsi kimi fərdi məlumatların yer aldığını
açıqlayıb.Vaşinqtondakı "NASA" mərkəz binasında yerləşən
avtomobilin içindən oğurlanan kompüterin şifrəli olduğu, lakin
sabit diskin şifrəsinin qorunmadığı işçilərə çərşənbə axşamı günü
göndərilən məktublar vasitəsilə bildirilib. "NASA" ötən illərdə də
təhlükəsizlik problemeleri yaşamışdı. Son dəfə mart ayında "Kennedi
Kosmos Mərkəzi" ndən 2300 işçinin və şagirdin xüsusi məlumatlarının
olduğu kompüter oğurlanmışdı.