Bu kuklalar heyrətləndirir və qorxudur

11 İyun 2018 17:21 (UTC+04:00)

Moskvalı rəssam və heykəltaraş Mixail Zaykov unikal kuklalar yaradır.Onun əsərləri insana o qədər bənzəyir ki, görənlər və ya bu kuklaları alanlar özlərini narahat hiss edirlər.M.Zaykovun polimer gildən hazırladığı kuklaların gözləri alman şüşəsindən, saçları isə fransız xəzindəndir.Movqe.az European-a istinadən bildirir ki, əvvəllər kukla teatrında işləmiş Mixail Zaxarov ilk "realistik" kuklasını 2010-cu ildə hazırlayıb.