Dünyanın ən təhlükəli yolları

26 Yanvar 2016 16:26 (UTC+04:00)

Bu yollarda avtomobil sürmək diqqət, cəsarət və möhkəm? sağlam bir orqanizma tələb edir... Dünyanın ən təhlükəli yolları siyahısının başında Türkiyədən bir yer var.Movqe.az həmin yolları sizlərə təqdim edir:







1. Bayburt - D915 quru yolu

Dərəbaşı döngələri olaraq bilinən və Karaçam'a olan Of-Çaykara-Bayburt D915 quru yolu ötən aylarda "Dünyanın ən təhlükəli yolu" seçildi.

Bu yol 106 kilometr uzunluğunda və 29 kəskin döngədən ibarətdir.




2.Hindistan- Keylong-Kishtwar Yolu.

Dünyanın ən qorxunc və həyəcanlı yollarından biri də Hindistanda. Bu yolda təkərin yarısının sığmadığı dar hissələr var.




3. Yeni Zelanda- Skippers Kanyonu yolu

Hamısı olduqca dar və təhlükəli bu yolun ən maraq çəkən nöqtəsi isə Skippers körpüsü. Asma körpü o qədər dardır  ki,avtomobil sanki içinə sıxılıb.

.


4.Fransa ve İtalya sərhədi - La piste de l'Amitie


Alp dağlarındakı bu yolda səhv etmək ölümə bərabərdir




5. Bolivya - Ölüm Yolu (Death Road)


Nə qədər təhlükəli olduğunu anlamaq üçün fotoşəkillərinə belə baxmağa ehtiyac yoxdur. Adı yetər. Bu yolda hər il təxminən 200-300 adam həyatını itirir. 4 min 650 metr yüksəklikdəki dağa çıxan bu yolda avtomobillər ümumiyyətlə uçurumdan aşağı düşür.




6. Pakistan - Peri çayırı yolu (Fairy Meadows Road)


16.2 km-lik bu yol bir nöqtədən sonra o qədər daralır ki, avtomobildən enib piyada olaraq ya da velosipedlə yolu tamamlamağınız lazımdır.




7. Sibirya - BAM yolu


Bura macəra axtaranlar üçün dünyanın ən çətin yolu olaraq göstərilir. Ümumiyyətlə çınqıl daşlarından ibarət olan yol, qırıq taxta körpüləri və qeyri-adi hava şərtləriylə fiziki və zehni dayanıqlılığın ölçüldüyü bir test kimidir.



8. Şimali Peru - Ruta 3N


Bu yolun xüsusilə son 21 kilometri çətin döngələri ilə mədənizi sınağa çəkir.




9.İslandiya - Route 622


22 km-lik yol ölkənin ən təhlükəli amma eyni zamanda ən gözəl mənzərəsinə sahib yolu olaraq qəbul edilir. Bu yolda yalnız 4x4 avtomobillər istifadə edilə bilir.