Fevralın ilk günü Bakıda havanın temperaturu 13 dərəcəyə yüksələcək

1 Fevral 2016 06:00 (UTC+04:00)

Fevralın 1-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu bəzi yerlərdə 14 dərəcəyə yüksələcək.