​Səudiyyə Ərəbistanında terrorçuluqda şübhəli bilinən 9 ABŞ vətəndaşı saxlanılıb

1 Fevral 2016 09:00 (UTC+04:00)

Səudiyyə Ərəbistanı hakimiyyəti son həftə ərzində terrorçuluqda şübhəli bilinən və aralarında xaricilərin, eləcə də ABŞ və Qazaxıstan vətəndaşlarının olduğu 33 nəfəri saxlayıb. Movqe.az  xəbər verr ki, bu barədə "Saudi Gazette" nəşri yazıb.Qəzet mənbəsinin məlumatına görə, hüquq-mühafizə orqanları 9 Amerika, bir Qazaxıstan vətəndaşını, həmçinin iki suriyalı, bir indoneziyalı və bir filippinlini saxlayıblar. Onların arasında 14 Səudiyyə vətəndaşı, 3 Yəmən sakini, bir BƏƏ vətəndaşı və bir fələstinli də var.