Dünya şöhrətli aparıcı öldü

1 Fevral 2016 09:38 (UTC+04:00)

BBC-nin məşhur aparıcılarından ola Terri Voqan dünyasını dəyişib.Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, aparıcı bir müddətdir xərçənglə mübarizə aparırdı. Terri 77 yaşında həyatla vidalaşıb. Ailəsinin bəyanatına görə, xəstəlik artıq T.Voqanın bütün bədəninə yayılıbmış. BBC-nin direktoru Toni Holl İngiltərənin ən dəyəli milli dəyərlərindən birini itirdiyini deyib. Qeyd edək ki, radio və televiziya sahəsində 50 ildən çoxdur, çalışan Terri illərlə məşhur "Eurovision" yarışmasına da aparıcılıq edib.