Amerika Milli Kosmik Agentliyinin (NASA) Marsdakı "Curiosity" adlı kosmik vasitəsi bu planetdəki "Namib" adlı qum təpəsində selfi çəkərək fotonu dünyaya göndərib.Movqe.az anspress-ə istinadən bildirir ki, foto şəkil sosial şəbəkə saytı Twitterdə Curiosity Rover adına yaradılmış səhifədə paylaşılıb."Namib qum təpəciyində apardığım araşdırmanın nəticələrini paylaşmaq üçün səbrsizliklə gözləyirəm, amma əvvəl bir selfi çəkək." - deyə şəklin altında yazılmış mesajda qeyd edilib.Sosial şəbəkədə paylaşılan şəkil 2 300-dən çox istifadəçi tərəfindən yenidən paylaşılıb, 3 600 istifadəçi isə fotonu like edib.Curiositynin çəkdiyi panoqramik selfi əslində 57 fotonun birləşməsindən meydana gəlib. Həmin fotolar Curiosity qum təpəsinə dırmanarkən çəkilib.