Rusiya atəşkəs çağırışı edib
19 Noyabr 2012 17:23 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Rusiya, Fələstin
və İsrailə atəşkəs çağırışı edib. Rusiya Xarici işlər nazirliyindən
edilən yazılı şərhdə, Qəzzadakı vəziyyətə işarə edilərək, "Rusiya,
tərəfləri təcili atəşkəsə çağırır. İsrailə istiqamətlənmiş hücumlar
və İsrailin Qəzzaya misilsiz güc istifadə etməsi qəbul edilə
bilməz" deyilib. Şərhdə həmçinin bölgədə sülhü təmin etmək üzrə
beynəlxalq sahədə, xüsusilə Misir tərəfindən edilən işlərin
dəstəkləndiyi yazılıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin də daha
əvvəl etdiyi şərhdə, Qəzzadakı vəziyyətdən narahatlıq duyduqlarını
söyləmişdi.