"Titanik"in ulduzları bir arada - fotolar

1 Fevral 2016 11:27 (UTC+04:00)

ABŞ-ın Kinoaktyorlar Gildiyası ("Screen Actors Guild Awards") mükafatlandırma mərasimi keçirib.Movqe.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gecədə "ən yaxşı aktyor" mükafatına layiq görülən Leonardo DiKaprio illər əvvəl tərəf müqabili olmuş Keyt Uinsletlə bir yerdə fotoqraflara poz verib.Qeyd edək ki, ilk dəfə 1997-ci ildə "Titanik" filmində bir araya gələn ikili 2008-ci ildə "Revolutionary Road" ("Xəyalların ardıyca") filmində də tərəf müqabili olublar.