Bakının daha bir mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

1 Fevral 2016 12:21 (UTC+04:00)

Fevral ayının 2-dən etibarən Bakının İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Niyazi küçəsi ilə kəsişməsinədək olan hissəsi təmirə bağlanır. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Movqe.az-a verilən məlumata görə, küçənin qeyd edilən hissəsində asfalt örtüyü dəyişdiriləcək. Küçədə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət fevralın ortasınadək davam edəcək.