"Türkiyə tərəfi Rusiyanın Ankaradakı səfirliyinə "SU 34" döyüş təyyarəsinin Türkiyənin hava sərhədlərini pozmasını təsdiqləyən heç bir fakt təqdim etməyib". Movqe.az-ın "Ria Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. "Türkiyə tərəfindən bununla bağlı verilən açıqlamalar həqiqəti əks etdirmir" - deyə, nazirlikdən əlavə ediblər.Qeyd edək ki, Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus "SU -34" təyyarəsi yanvarında 29-da Suriya istiqamətindən Türkiyənini hava məkanını pozub. Artıq Pentaqon da faktı təsdiqləyib.