Samir Şərifov: "Yenilənmiş dövlət büdcəsinin layihəsi prezidentə təqdim olunub"

1 Fevral 2016 15:53 (UTC+04:00)

2016-cı il üzrə yenilənmiş dövlət büdcəsinin layihəsi prezident İlham Əliyevə təqdim olunub. Movqe.az-ın verdiyi məlumata görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib.Nazir xatırladıb ki, yenilənmiş dövlət büdcəsində neftin 1 barelinin baza qiyməti 25 dollardan götürülüb: "Məlum olduğu kimi, bu ilin dövlət büdcəsində neftin 1 barelinin baza qiyməti 50 dollardan götürülmüşdü. Lakin xam neftin qiymətinin kəskin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinin azalmasına səbəbə oldu. Məhz buna görə, yenilənmiş dövlət büdcəsinin layihəsində neftin bir barelinin baza qiyməti 25 dollardan hesablanıb".