“Kəpəz” 1413 gündən sonra

1 Fevral 2016 16:26 (UTC+04:00)

XIX turun "Qəbələ" ilə ev oyununda 3:0 hesabı ilə qalib gələn "Kəpəz" Premyer Liqanın 2015/16 mövsümündə ilk dəfə böyükhesablı qələbə qazanıb.Goal.az xəbər verir ki, Gəncə təmsilçisi sonuncu dəfə 2011/12 mövsümündə belə qalib gəlmişdi. "Kəpəz" həmin vaxt "Sumqayıt"ı məğlub etmişdi. 2012-ci martın 18-də baş tutan qarşılaşmada "Kəpəz" qonaqları 4:1 hesabı ilə üstələmişdi. Qərblilər növbəti belə uğuru 1413 gündən sonra əldə edib. Ümumiyyətlə, "Kəpəz" Azərbaycan çempionatları tarixində 3 və ya daha çox top fərqilə qazanılan qələbələrin sayında 2-ci göstəriciyə malikdir. Yalnız "Neftçi"dən (116) geri qalan gəncəlilər 92-ci dəfə 3 xalı böyükhesabıa qazanıb. 22-ci böyükhesablı məğlubiyyətini alan "Qəbələ" isə 419 gündən sonra belə yenilgi yaşayıb. Əyalət klubunun çempionatdakı son belə məğlubiyyəti 2014-cü il dekabrın 7-də "Xəzər Lənkəran"la səfər matçına təsadüf etmişdi – 0:3.