İstanbulda lift 24-cü mərtəbədən şaxtaya düşüb, 3 fəhlə ölüb

1 Fevral 2016 18:10 (UTC+04:00)

İstanbulda tikintisi davam edən lüks binada faciə baş verib. Movqe.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Baxçaşəhər məhəlləsində hazırda tikilməkdə olan çoxmərtəbəli binada yük daşınması üçün nəzərdə tutulan lift yerə çırpılıb. 24-cü mərtəbədən şaxtaya düşən liftin içərisində olan 3 fəhlə hadisə yerində ölüb. Hazırda fəhlələrin meyitlərinin uçqun altından çıxarılması davam edir.