Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər

20 Noyabr 2012 10:00 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar və Berdavan kənlərində yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.