Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur modelyer Deniz Berdan istirahət üçün yollandığı İsveçrədə bədbəxt hadisə ilə üzləşib. Belə ki, modelyerin beli qırılıb. O, arxadan gələn şəxslə toqquşması nəticəsində yüksək hündürlükdən yerə çırpılıb. Modelin vəziyyəti hal-hazırda yaxşıdır. O, yaxın günlərdə Türkiyəyə qayıtmağı planlaşdırır.