Azərbaycan prezidenti İlham Əliyev görkəmli alim, tanınmış ictimai xadim akademik Cəlal Əliyevin məzarını ziyarət edib.Qeyd edək ki, C. Əliyev uzun sürən xəstəlikdən sonra fevralın 1-də 88 yaşında vəfat edib. O, dünən I Fəxri xiyabanda torpağa tapşırılıb.Prezident akademik Cəlal Əliyevin Heydər məscidində keçirilən hüzr mərasimində də iştirak edib.Mərasimdə mərhumun ruhuna "Quran" ayəsi oxunub.