İran İnqilab Keşikçiləri Qvardiyasının 6 silahlısı Suriyanın Hələb şəhərində öldürülüb.Movqe.az Report-a istinadən bildirir ki, bu haqda İran KİV-i məlumat yayıb.Məlumata görə, qvardiyaçılar - Mehdi Kuçekzadə, Seyyid Əlizadə, Həsən Rəzzaki, höccətülislam şeyx Mustafa Xəlili, Həbib Rəhimiməneş və Mahmud İsgəndəri döyüş zamanı öldürülüblər.İnformasiyada bildirilib ki, onların cənazələri fevralın 4-də İrana aparılacaq və müxtəlif şəhərlərdə dəfn ediləcək.