Afaqla Natavan barışdı

3 Fevral 2016 16:15 (UTC+04:00)

Azərbaycan şou-biznesində daha bir küsülülük üçbucağı dağıldı. Movqe.az xəbər verir ki, PrimeTime.Az-ın əldə etdiyi məlumata görə ATV kanalının sevilən simasılarından biri olan Afaq Gəncəli ilə tanınmış estrada ulduzu Natavan Həbibinin barışığa imza atıblar. Əməkdaşımızla söhbətində Afaq xəbəri təsdiqlədi: "Mən çox az adamla küsülüyəm. Söhbət tanıdığımız insanlardan gedirsə, bəli, bir neçə nəfərlə aramızda olan küsülülüyə son qoydum. Evimə gələn insanın başımın üstündə yeri var. Allah razı olsun. Natavan və Oksana ilə bir ildən artıq idi danışmırdıq. Qapımı döyüb- gəldilər, sağ olsunlar. Mən onlarla düşmən deyildim, sadəcə küsülü idik. İnsan ailəsində bacı-qardaşından da küsə bilər. Kinli insan deyiləm, içimdə kinlə, nifrətlə yaşamıram". Qeyd edək ki, hər üç xanım arasında narazıçılıq canlı efirlərin birinin reklam fasiləsində yaranmışdı.