"Dünyada neftin qiymətinin kəskin düşməsi müəyyən ölkələrdə iqtisadi vəziyyəti dəyişir. Bunun Azərbaycana da iqtisadi təsirləri var". Movqe.az-ı APA-ya istinadən məlumatına görə, bu sözləri Quba rayonuna səfər edən Fransanın Azərbaycandakı səfiri, xanım Orelia Buşez deyib. O bildirib ki, Azərbaycan hökuməti iqtisadiyyatı şaxələndirmək istiqamətində işlər görərək bu problemlərin öhdəsindən cəsarətlə gəlir. O. Buşez Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində kifayət qədər potensialının olduğunu söyləyib. Diplomat xüsusilə kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sahələrin potensialını vurğulayıb. O. Buşez bu sahələrdə Azərbaycanla Fransa arasında əməkdaşlığın mövcud olduğunu, ölkəsinin Azərbaycana investisiya qoyduğunu bildirib. Səfir bir sıra şirkətlərin Azərbaycanda investisiyalarını artırmaq istədiklərini, 2016-cı ildə bu artımların həyata keçirilə biləcəyini, yeni şirkətlərin də investisiya yatıracağını deyib.