Bu gün əsl yaz havası olacaq

4 Fevral 2016 09:22 (UTC+04:00)

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin mülayim keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, paytaxt və yarımadanın bəzi yerlərində duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.


Havanın temperaturu Abşeronda gecə 4-6, gündüz 12-16 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.

Fevralın 4-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.