Əsgərimiz şəhid oldu

4 Fevral 2016 10:49 (UTC+04:00)

Azərbaycan Ordusu itki verib. Movqe.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən dövlət sərhədində növbəti dəfə təxribat törədib. Fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.