Bakıda “NAZ-Lifan”ı qaçırıb satmaq istədilər

4 Fevral 2016 13:23 (UTC+04:00)

Bakıda avtomobil qaçırılıb. Movqe.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 2-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindən İsmayıllı rayon sakini Zülfü Əhmədova məxsus "NAZ-Lifan" markalı avtomobil qaçırılıb. Avtomobil fevralın 3-də Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən Yasamal rayonu ərazisindəki maşın bazarında aşkar edilib. Həyata keçirilmiş tədbirlərlə avtomobili qaçırmış Bakı şəhər sakini Camal Məmmədov tutulub.