Xaricdən gətirən telefonlar vergiyə cəlb olunacaq

4 Fevral 2016 18:10 (UTC+04:00)

"Satış məqsədi ilə gətirilən hər bir məhsul vergiyə cəlb olunmalıdır". Bunu ANS TV-yə açıqlamasında Dövlət Gömrük Xidmətinin rəsmisi Mirqasım Vahabov deyib. Bu il satış məqsədi ilə gətirilən məhsullara gömrük xidmətinin ciddi nəzarəti altında olacağını bildirən Mirqasim Vahabov bu sahədə aparlacaq islahatlardan danışıb. Onun sözlərinə görə, bəzi vətəndaşlar xarici ölkələrədən qayıtdıqları zaman, şəxsi istifadədən əlavə bir başa ticarət üçün 3 - 4 bəzən də daha artıq miqdarda telefon və aksesuar gətirirlər. Rüsum ödənmədən satış məqsədi ilə gətirilən məhsullar isə yerli qanuni fəaliyyət göstərən ticarətçilərin bazarına müdaxilə edərək, ən əsası vergidən yayınmış olurlar.

Qurum rəsmisinin sözlərinə görə təkcə ötən il 1.5 milyon ədəd mobil telefon və aksesuarları rüsum ödənilmədən ölkə ərazisinə gətirilib. Həmin məhsulların böyük bir hissəsi isə ticarət şəbəkəsinə yönləndirilib.