Naxçıvan hərbi prokurorunun səlahiyyət müddəti uzadılıb

4 Fevral 2016 17:32 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru növbəti səlahiyyət müddətinə təsdiqlənib. APA-nın məlumatına görə, bununla bağlı baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Naxçıvan hərbi prokuroru, ədliyyə general-mayoru Yaşar Həsənov növbəti səlahiyyət müddətinə Muxtar Respublikanın hərbi prokuroru vəzifəsinə təyin olunub.