Britaniya
neyrocərrahları epilepsiyadan əziyyət çəkən yeniyetməni əməliyyat
etmək üçün robotdan istifadə ediblər. İlk dəfə bu məqsədlə
hazırlanan proqram xəstənin beyni üzrə zədələnmiş yerlərə çatmağa
imkan verən naviqasiya sistemi qurub.Movqe.az "interfax.ru"
resursuna istinadən yazır ki, 15 yaşlı Bill Uaytker yeddi ildir
epileptik tutmalardan əziyyət çəkirmiş. Beyin toxumalarının kəsilib
götürülməsi üzrə aparılan adi əməliyyatlar uğursuz olub. Bu dəfə
isə neyrocərrahlar beyinin dərinliyinə elektrodlar yerləşdirmək
üçün 350 min funt-sterlinq dəyərində robotdan istifadə ediblər."Biz
beyinin epilepsiya mənbələri olduğu hissələrinə mikroskopik
dəqiqliklə bir neçə elektrod yerləşdirmək üçün robotdan istifadə
etdik", - neyrocərrah-məsləhətçi Maykl Karter deyib. Cərrahın
sözlərinə görə, elektrodlardan biri toxumanın zədələnmiş yerini çox
gözəl göstərib ki, nəticədə də o, kəsib götürülüb.Əməliyyatda
tətbiq edilən oxşar robotlardan avtomobil zavodlarında istifadə
olunur.