DTX-nin Bakının ​rayonları üzrə idarələri yaradılıb, rəis təyinatları olub

5 Fevral 2016 12:20 (UTC+04:00)

Bakı şəhərinin bütün rayonlarında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) idarələri formalaşdırılıb. Movqe.az-ın "Report"a istinadən  xəbərinə görə, DTX-nin 12 rayonunun hər birində idarələri yaradılıb, idarələrdə müvafiq qaydada kadr təyinatları olub.Təyin edilmiş şəxslərdən bəzilərinin adları da açıqlanıb. Belə ki, Nizami rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə Yusif Mirzəyev təyin edilib, müavini isə Şahin Həsənov olub.Xətai rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə isə Vahid Tağıyev təyin edilib.