"Təbii yolla ana olmaq ehtimalım azdır"

5 Fevral 2016 12:25 (UTC+04:00)

Bu yaxınlarda ərə gedən 43 yaşlı aktrisa Sofia Verqara ana olmaq istəyir.Movqe.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, "The Edit" jurnalına açıqlamasında bu barədə deyib:"Həyat yoldaşım məndən dörd yaş kiçikdir. Evliliyimizdən bir uşağımızın olmasını istəyir. Əslində, bu, məni qorxutmur, amma doğuşun normal yoldan olması mümkündürmü? Təbii yolla ana olmaq ehtimalım azdır"."Modern Family" ("Müasir ailə") serialının ulduzu həyat yoldaşı Joe Manganiello ilə birgə süni mayalandırmanı və müalicəni araşdırdıqlarını deyib.