Zimbabvedə güclü quraqlığa görə fövqəladə vəziyyət rejimi tətbiq edilib

5 Fevral 2016 14:00 (UTC+04:00)

Zimbabve Prezidenti Robert Muqabe fevralın 5-də güclü quraqlığa məruz qalan kənd təsərrüfatı rayonlarında fövqəladə vəziyyət rejimi tətbiq edib.Movqe.az  RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda ölkə əhalisinin 26 faizinin təcili qida yardımına ehtiyacı yaranıb.BMT-nin Dünya Ərzaq Proqramının məlumatına əsasən, ötən il quraqlıq nəticəsində Zimbabvedə 1,5 milyon nəfər aclıq təhlükəsi ilə üzləşib.