Azərbaycanlı müğənni yeni biznesindən danışdı

5 Fevral 2016 18:00 (UTC+04:00)

"İmkan dairəsində özümə şərait yaradıram. Əgər çatdırıramsa, niyə də biznes qurmayım ki?". Movqe.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Rüfət Axundov deyib. O, yeni qurduğu restoran biznesindən danışıb:"Bundan əvvəl də bizneslərim olub. Arasında restoran işi də var idi. Hazırda işim çox yaxşı gedir. Şikayətlənə bilmərəm".R.Axundov həmkarlarının toyların zəifləməsindən şikayətlənmələrinə də münasibət bildirib:"18 ildir toy biznesindəyəm. Təcrübəmə əsaslanaraq deyim ki, qış aylarında toy zəif olur. Bunun devalvasiyaya heç bir aidiyyatı yoxdur. Hamı isti havada, meyvə-tərəvəzin bol olduğu mövsümdə toy etmək istəyir. Mənim toyların azlığından şikayətim yoxdur. Hər şeyimi toydan qazandıqlarımla əldə etmişəm".