"İlhamə, bəsdir yalan danışdın!" - Flora Kərimova

6 Fevral 2016 17:15 (UTC+04:00)

"İlhamə Quliyevanın xəmiri yalanlarla yoğrulub. Mən indiyənə kimi onun nə rəngini, nə rəyini, nə də addımlarına münasibətini başa düşürəm.Deyir ki, o məhkəmədə qərar çıxarılan pulu guya mənə bağışlayıb. Bu boyda yalan? 3000 yazılan cəriməyə görə hər ay məndən 50-60 manat indiyə qədər "aliment" alır. Bu söhbəti eşidəndən sonra Yaqutumu göndərdim ki, arayış gətirsin.Yalandan danışır ki, o pulları mənə bağışlayıb".Movqe.az Axşam.az-a istinadən  xəbər verir ki, bu sözləri "Qafqazinfo"ya açıqlamasında xalq artisti Flora Kərimova müğənni İlhamə Quliyevanın müsahibəsində adının hallanmasına uydurmalarına sərt cavab verib:"İş ki, qaldı anasına bütün Azərbaycan İlhamənin anasını döydüyünü bilir. İndiyənə kimi anana olan münasibətini qonşuları, yatdığı xəstəxana, birlikdə iştirak etdikləri məclislər danışır. Hətta Faiq Ağayevin toyunda özüm şahid olmuşam. Anası durub gedəndə yıxıldı, o özünü görməməzliyə vurub, yanından keçdi. Anasını yerdən özgə adamlar qaldırdı. Anasına əl uzatmağı özünə sığışdırmayıb, yan keçdi. Sən təbiətini və tərbiyəni kimlərdən gizlədirsən? Bu hərəkətlərinin şahidi olan millətdənmi, xalqdanmı? Hələ bu azmış kimi gündəmdə qalmaq üçün özünə məşğuliyyət tapdın. Uzağa getməyə lüzum yox idi, çünki bu məkrliyin növbəti qurbanın olan köməkçin Mehribanın başında çatladı".Xalq artisti qeyd edib ki, Aygün Kazımova heç kəsdən dəstək almadan bu savaşı üzərinə götürdü:"Aygün xanım cəngavərdir. O, tək başına, özünü düşünmədən və heç kəsdən dəstək almadan, böyük bir riskə gedib bu savaşın ağırlığının altına girdi. Aygün də, mən də bu faciəyə göz yuma bilməzdik. Qabaqlar mən danışırdım, tək idim. Sözümü deyirdim, yaltaqlar üstümə gəlirdilər. Əvvəllər İlhamə ilə dalaşır, sonra əlindən öpürdülər.Aygün və Elzaya əhsən olsun. Bilsinlər ki, onlar heç vaxt tək olmayıblar. Aygünün millətə müraciəti oldu. Dedi ki, bu tək bizim yox, artıq millətin problemidir. Əllərini öpəndə, kompliment deyəndə guya "brilliant" üzüklər bağışlayanda başa düşmürdülər ki, İlhamə hamıdan material yığır? Anlamırdılar ki, sonra bütün bu hərəkətlər onların əleyhinə olacaq?İlhamə ilə bir tanış olan, bir də canını qurtaran sevinir. İndi inanmıram ki, kimsə ona yaxın dura. Çünki tərbiyəsiz təbiəti artıq hər kəsə bəllidir. İlhamə, bəsdir yalan danışdın! O insanlara hədə-qorxu gəlməyin çox orijinal üsulunu tapıb".