"Manchester United"in yarımmüdafiəçisi Ander Errera katalon mütəxəsis Xosep Qvardiolanın "Manchester City" ilə anlaşmasına münasibət bildirib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu bununla azarkeşlər komandaya daha tələbkar yanaşacaqlarını düşünür."Onun "City"ni çalışdırması yaxşıdır. Biz daha güclü olmalıyıq. "Manchester United"in tarixi onlardan daha zəngindir. Buna görə turnir cədvəlində "City"nin bizdən aşağı pillədə olması psixoloji baxımdan daha rahatdır. Qvardiola, böyük transferlər - "şəhərlilər"in azarkeşləri komandadan ciddi uğurlar gözləyəcək. Məsələn, Premyer Liqada 10 xal fərqi ilə çempionluq, ÇL-da finala qədər irəliəmək".