Hələ belə bəy-gəlin fotossesiyası görməmişdiniz

6 Fevral 2016 20:30 (UTC+04:00)

Holms - bura bir zamanlar Suriyanın ən gözəl şəhərlərindən biri idi. Bu gün isə bu şəhərin yerində ancaq xarabalıqlar, kimsəsiz, yanmış, dağılmış küçələr, xaraba qalmış binalar qalıb. Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bir fotoqraf daxili toqquşmalar, vətəndaş müharibəsi, bombardıman nəticəsində xaraba qalan şəhərdə qeyri-adi fotossesiya edib. Josef Eid Homsun dağıntıları fonunda toy fotoları çəkib. Fotoqrafın qəhrəmanları Nada Merhi və Hassan Yusuf adlı gənclər olub. Onlar 5 il öncəyə kimi Suriyadakı etirazların paytaxtı olan və "inqilabın paytaxtı" adlandırılan Homsda evləniblər. Toy fotolarını da məhz doğma şəhərlərində çəkdirmək istəyiblər. Nəticədə isə ortaya vərdiş edilməmiş toy fotoları çıxıb.