Tvitter-də terror "planı"

6 Fevral 2016 23:30 (UTC+04:00)

Tvitter mikrobloqunun mütəxəssisləri 2015-ci ilin ortalarından bəri terrorçuluq təbliğatı ilə mübarizə çərçivəsində 125 mindən çox səhifəni bağlayıblar.Movqe.az  lent.az-a istinadən bildirir ki, bu barədə Tvitter-in rəsmi açıqlamasında bildirilir. Terror hədəsi, terror təbliğatı əks olunan, ilk növbədə, İŞİD-lə bağlı səhifələr qapadılıb. Şirkət yoxlamalara cavabdeh olan əməkdaşlarının sayını artırıb.Qeyd edək ki, son vaxtlar informasiya-kommunikasiya şirkətləri, xüsusən sosial şəbəkələr terrorçuluğa qarşı siyasəti gücləndiriblər.