Bakıda kişi “Shacman” markalı yük avtomobilinin altında qalaraq ölüb

7 Fevral 2016 11:00 (UTC+04:00)

Bakıda kişi "Shacman" markalı yük avtomobilinin altında qalaraq ölüb. Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xətai rayonunda bir nəfərin "Shacman" markalı yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub.Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış Seyidəhmədov İbrahim Qələmşah oğlunun cəsədini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.