1 ayda 99 milyard itirdi

7 Fevral 2016 15:30 (UTC+04:00)

Yanvarın yekunları üzrə Çinin Xalq Bankının valyuta ehtiyatlarının həcmi daha 99,5 milyard dollar azalıb. Bu barədə Movqe.az RNS agentliyinə istinadən xəbər verir.Ölkənin valyuta ehtiyatlarının həcmi 3,33 trln. dollardan 3,23 trln. dollaradək azalıb. İqtisadçılar azalmanın daha çox - 3,21 trln. dollaradək olacağını gözləyirdilər. Qeyd edək ki, 2015-ci ilin yekunları üzrə ÇXR-in valyuta ehtiyatları 1992-ci ildən sonra ilk dəfə azalıb. Dekabrın yekunları üzrə valyuta ehtiyatları 107,9 mlrd. dollar, ümumilikdə ötən il üzrə isə 512,66 mlrd. dollar azalıb.