“Koroğlu”nun şeir dili” kitabı nəşr olunub

8 Fevral 2016 09:55 (UTC+04:00)

Filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdinin "Koroğlu"nun şeir dili" kitabı işıq üzü görüb.AMEA Folklor İnstitutundan Movqe.az-a verilən məlumata görə, kitabın redaktoru AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Muxtar Kazımoğlu (İmanov),  rəyçilər filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlı, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Məmmədli, filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy və İlham Abbasovdur.Monoqrafiyada "Koroğlu" eposunun şeir dili tədqiq edilir, obrazlılığın fonetik, leksik və qrammatik səviyyələrdə təzahürü sistemli şəkildə araşdırılır, ümumilikdə bu şeirlərin semantikasını şərtləndirən detalların hər birinə münasibət bildirilir."Koroğlu" dastanının "Dədə Qorqud kitabı"nın məntiqi davamı kimi meydana gəlməsi tutarlı dil faktları ilə əsaslandırılır, eyni zamanda şeir parçalarında rast gəlinən arxaik dil vahidləri tarixi-linqvistik müstəvidə təhlil süzgəcindən keçirilir.