Qobustan həbsxanasında ömürlük məhkum özünü öldürüb

21 Noyabr 2012 12:34 (UTC+04:00)

Azərbaycanda ömürlük məhkum intihar edib.

Bu barədə APA-ya Qaradağ Rayon Prokurorluğundan bildirilib.

Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasında qeydə alınıb.

Orada cəza çəkən, ömürlük məhkum, 1962-ci il təvəllüdlü Elşən Əsəd oğlu Məmmədov özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.