Saxta içkidən 24 nəfər öldü

8 Fevral 2016 19:30 (UTC+04:00)

İndoneziyanın Orta Cava bölgəsinin Sleman kəndində saxta içki səbəbi ilə ən az 24 nəfər həyatını itirib.Movqe.az xəbər verir ki, bu barədə məlumat France Press agentliyində yer alıb.Məlumata görə, polis hadisədə şübhəli bilinən iki nəfəri saxlayıb. Xəbərdə bildirilir ki, tərkibində zərərli maddələrin olduğu içkidən zəhərlənən 22 nəfər xəstəxanada müalicə alır.Rəsmilər içkilərin araşdırılması üçün laboratoriyalara göndərildiyini açıqlayıb.Qeyd edək ki, İndoneziyada saxta içkidən ölüm hadisələri geniş yayılıb.