Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Bu barədə Movqe.az-a Mərkəzi Bankdan məlumat verilib.Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 6 bank tərəfindən məcmu tələb 11,9 milyon dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.