Azərbaycanlı aparıcı özünə yeni biznes qurdu

9 Fevral 2016 11:25 (UTC+04:00)

"Xəzər" telekanalının aparıcısı Cavid Gül özünə biznes qurub. Movqe.az-ın Axşam.az-a istinadən  məlumatına görə, aparıcı mebel satışı ilə məşğul olacaq. Onlayn satışda mətbəx, qonaq və yataq otağına aid olan mebellər sifariş vermək mümkündür.Qeyd edək ki, bu Cavid Gülün ilk biznesi deyil. Aparıcı bundan əvvəl restoran açdığını da bildirmişdi.