Almaniyada iki qatar toqquşub: 8 nəfər ölüb, 150 nəfər xəsarət alıb

9 Fevral 2016 12:42 (UTC+04:00)

Almaniyada iki qatar toqquşub.Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Bad-Ayblinq şəhəri (Bavariya regionu) yaxınlığında baş verən qəza nəticəsində 8 nəfər ölüb, 150 nəfər yaralanıb.Qatarlardan birinin relsdən çıxdığı güman olunur. Hadisə yerində çoxlu sayda tibbi yardım briqadaları və xilasedicilər işləyir.