SOCAR büdcəyə 117 milyon manatdan çox vəsait ödəyib

9 Fevral 2016 16:00 (UTC+04:00)

SOCAR 2016-cı ilin yanvar ayında dövlət büdcəsinə 117 milyon 691 min manat vəsait ödəyib. Movqe.az şirkətin saytına istinadən məlumat verir ki, bundan əlavə, cari ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 128 min manat vəsait köçürmüşdür.