Dünyanın ən bahalı avtamobilini Messi aldı

9 Fevral 2016 17:00 (UTC+04:00)

"Barcelona"nın argentinalı ulduzu Lionel Messi dünyanın ən bahalı avtomobilinə sahib olub.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə baş tutan hərracda təşkilatçı "Ferrari 335 S Spider Scaglietti" markalı avtomobilin məşhur futbolçulardan biri tərəfindən alındığını bildirmişdi.1957-ci istehsalı olan maşın Fransanın paytaxtı Parisdə 20 milyon ilkin məbləğlə hərraca çıxarılıb. Xatırladaq ki, sözügedən hərracda "Real"ının portuqaliyalı uduzu Ronaldo da iştirak edib.